BAKI, 14 iyul. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi “Sabah” səfərdə Uels çempionu TNS ilə qarşılaşacaq.
Teleqraf xəbər verir ki, Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qarşılaşmanı İspaniyadan olan baş hakim Mateo Buskets Ferrer idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda “Sabah” 2:0 hesablı qələbə qazanıb.
Bu cütün qalibi II təsnifat mərhələsində “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
14 iyul
21:30. TNS (Uels) – Sabah (Azərbaycan)
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya)
Stadion: “Park Hall” (Osvestri).