BAKI, 12 iyul. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında Kipr bayrağı altında üzən ticarət gəmisinə hücumdan sonra İrana qarşı hərbi əməliyyatların üçüncü mərhələsinə başladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, zərbələr Hörmüz boğazında Kipr bayrağı altında üzən "M/V GFS Galaxy" ticarət gəmisinə edilən hücuma cavab olaraq həyata keçirilir.
CENTCOM-un məlumatına görə, hücum İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən təşkil edilib. Hadisə nəticəsində ekipaj üzvlərindən biri itkin düşüb, gəmidə güclü yanğın baş verib və maşın şöbəsinə dəyən ziyan səbəbindən gəmi hərəkətsiz qalıb.
Komandanlıq bəyan edib ki, Tehran kommersiya gəmiləri ilə bağlı əvvəlki insidentlərdən sonra əldə olunmuş qarşılıqlı anlaşma memorandumunu növbəti dəfə pozub.
"ABŞ İranın mülki dənizçilərə və kommersiya gəmilərinə hücum etmək imkanlarını zəiflətməklə bunun ağır bədəlini ödətdirməyə davam edir", - deyə CENTCOM-un bəyanatında bildirilib.