BAKI, 12 iyul. TELEQRAF

Oman Hörmüz boğazında gəmiçiliyin hər birinin öz idarəetmə sistemi olan iki marşrut üzrə təşkilini təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Təklif hələlik yekunlaşdırılmayıb. Hər iki dəhlizin gəmilər üçün açıq olacağı güman edilir. Omanın ərazi sularından keçən cənub dəhlizi müharibədən əvvəlki şərtlər altında fəaliyyət göstərəcək və gəmilər orada sərbəst şəkildə hərəkət edə biləcəklər. Hörmüz boğazını şimal dəhlizi vasitəsilə keçən gəmilərdən əvvəlcədən İranın icazəsini almaları tələb olunacaq və onlardan rüsum alınmayacaq.

Bundan əvvəl, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında danışıqlardan sonra Omanın Xarici İşlər Nazirliyi tərəflərin Hörmüz boğazında təhlükəsizliyin və gəmiçilik azadlığının təmin edilməsi ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldiyini açıqlamışdı.