BAKI, 10 iyul. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Livan, Suriya və Qəzza zolağı ilə sərhədlər boyunca təhlükəsizlik zonalarının saxlanılmasının vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, Netanyahu ilə Tramp arasında davamlı təmaslar çərçivəsində növbəti telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər müxtəlif sahələr üzrə fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər.

Bildirilib ki, Netanyahu İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının qorunub saxlanılmasının zəruriliyini xüsusi olaraq diqqətə çatdırıb.

Baş nazirin ofisinin açıqlamasına əsasən, Donald Tramp da öz növbəsində Netanyahuya ABŞ-nin Fars körfəzində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.