İranın Oman körfəzi sahilində yerləşən Konarak şəhərində üç partlayış baş verib.

Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 10 nəfər həlak olub.

Partlayışlarla bağlı detallar açıqlanmayıb.

Eyni zamanda, ABŞ nümayəndəsi CNN-ə bildirib ki, Amerika ordusu hazırda İran ərazisinə zərbələr endirmir.

Konarak Oman körfəzinin qərb hissəsində, Makran sahilində yerləşən strateji əhəmiyyətli liman şəhəridir.