BAKI, 10 iyul. TELEQRAF
2025-ci il üzrə ölkələrin ümumi doğum nisbətləri açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin məlumatlarına əsaslanan “Dünya Əhali Günü 2025” bülletenində qeyd olunub.
Araşdırmaya əsasən, Çad dünyada ən yüksək ümumi doğum nisbətinə malikdir. Növbəti yerlərdə Somali və Konqo Demokratik Respublikası qərarlaşıb.
Ən aşağı ümumi doğum nisbəti isə Cənubi Koreyadadır. Siyahıda növbəti yerlərdə Sinqapur və Ukrayna yer alıb.