BAKI, 9 iyul. TELEQRAF

ABŞ hökuməti iyulun 8-də axşam saatlarında İrana qarşı başlanan yeni zərbələr barədə İsraili əvvəlcədən məlumatlandırıb.

Teleqraf xəbər verir ki, İsrailin dövlət televiziya və radio şirkəti "Kan"ın məlumatına görə, Vaşinqton hücum niyyəti barədə Təl-Əvivə xəbər verib.

"ABŞ bu axşam İrana zərbə endirmək niyyətində olduğunu bildirib", - deyə "Kan" İsrail mənbəsinə istinadən yayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp axşam saatlarında İrana qarşı yeni hücumların həyata keçiriləcəyini açıqlamışdı.

Tramp həmçinin Ankarada keçirilən NATO sammiti çərçivəsində alyansın baş katibi Mark Rütte ilə görüşü zamanı İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığını bildirib. ABŞ lideri Tehranla danışıqlar aparmaq niyyətində olmadığını da açıqlayıb.