BAKI, 9 iyul. TELEQRAF

İranın cənub-şərqində yerləşən liman şəhəri Çabaharda hava hücumundan sonra elektrik enerjisinin qismən dayandığı bildirilir.

Teleqraf xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, şəhərin bir hissəsində bombardman nəticəsində elektrik təchizatı kəsilib.

Agentlik hadisənin digər mümkün nəticələri, o cümlədən dağıntılar və xəsarət alanlar barədə əlavə məlumat verməyib.

Xatırladaq ki, bundan əvvəl Çabahar şəhərində hava zərbələrinin endirildiyi barədə məlumat yayılmışdı.