BAKI, 9 iyul. TELEQRAF
İranın Buşehr vilayətinə ABŞ tərəfindən endirilən zərbələr nəticəsində Buşehr Atom Elektrik Stansiyasına (AES) ziyan dəyməyib.
Teleqraf xəbər verir ki, "NourNews" agentliyinin yaydığı məlumata görə, ABŞ ordusunun gecə saatlarında Buşehr vilayətinə həyata keçirdiyi hücum AES-ə heç bir zərər vurmayıb.
"ABŞ ordusunun gecə hücumu Buşehr Atom Elektrik Stansiyasına heç bir ziyan vurmayıb. Narahatlığa əsas yoxdur", – deyə agentlik mənbənin sözlərini yayıb.