BAKI, 9 iyul. TELEQRAF

Türkiyə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını yenidən təşkil etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankara sammitindən sonra bildirib:

"NATO sammitində Ukraynadakı müharibənin nəticələrini də müzakirə etdik. Müharibənin lap əvvəlindən Türkiyə həll yolu tapmaq üçün dialoq və diplomatiyanı müdafiə edib. Bizim prinsipial mövqeyimiz həm [Rusiya Prezidenti] cənab [Vladimir] Putinə, həm də cənab [Vladimir] Zelenskiyə, eləcə də müttəfiqlərimizə yaxşı məlumdur. Bu gün ədalətli sülh şəraitində uduzan olmayacaq çağırışımı bir daha təkrarlamaq istəyirəm. Türkiyədə tərəfləri yenidən bir araya gətirməyə hazır olduğumuzu bir daha bəyan edirəm".