BAKI, 8 iyul. TELEQRAF
Prezident Donald Trampın İrana zərbə endirməklə bağlı təhdidləri fonunda ABŞ hərbi təyyarələri yenidən Fars və Oman körfəzləri üzərində görünüb.
Teleqraf xəbər verir ki, hər iki körfəz üzərində azı beş "Boeing KC-135R Stratotanker" və "Boeing KC-46A Pegasus" təyyarəsi uçur, iki təyyarə isə İran hava nəqliyyatı dispetçerləri tərəfindən idarə olunan hava məkanının sərhədinə yaxın məsafədədir.
Tramp əvvəllər bildirmişdi ki, Amerika qüvvələri yaxın saatlarda İrana yeni zərbələr endirmək niyyətindədir. "Dünən gecə onlara çox güclü zərbələr endirdik. Bu gecə yenidən zərbə endirə bilərik. Onları xəbərdar edəcəyəm: bu gecə onlara güclü zərbələr endirəcəyik. Nə olacağını görəcəyik", - deyə amerikalı lider bildirib", - deyə o əlavə edib.