BAKI, 8 iyul. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Paris məhkəməsinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailə üzvləri tərəfindən qanunsuz olaraq əldə edilmiş əmlakının müsadirə etməsindən əldə edilən 50 milyon avrodan çox vəsaitin Suriya xalqına köçürüləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Fransa məhkəməsinin qərarı ilə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailə üzvləri tərəfindən qanunsuz olaraq əldə edilən əmlakın müsadirəsi nəticəsində 50 milyon avrodan çox vəsait əldə olunub.

"Le Monde" qəzeti yazır ki, bu vəsait Makron tərəfindən Suriya xalqına köçürüləcək.

Makron bunu iyulun 7-də Dəməşqə səfəri zamanı açıqlayıb.

Fransa Prezidenti bildirib ki, keçmiş diktatorun ailəsinin qanunsuz yolla əldə etdiyi aktivlərin müsadirəsindən əldə edilən 50 milyon avrodan çox vəsait Suriya xalqına ölkədəki konkret inkişaf layihələrinin maliyyələşdirilməsi üçün qaytarılacaq.