BAKI, 8 iyul. TELEQRAF

Pakistan ABŞ və İranı təmkinli olmağa və Yaxın Şərqdəki münaqişəyə son qoymağı hədəfləyən anlaşma memorandumunun şərtlərinə əməl etməyə çağırıb.

Teleqraf xəbər verir ki, tərəflər arasında vasitəçi kimi çıxış edən Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bütün iştirakçıların İslamabad Memorandumundakı öz öhdəliklərini yerinə yetirməli olduqları xatırlanır.

Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Pakistan bütün tərəfləri İslamabad Anlaşma Memorandumu çərçivəsində öz öhdəliklərinə əməl etməyə və təmkinli olmağa çağırır".