BAKI, 8 iyul. TELEQRAF
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ Prezidenti Donald Trampın İrana daha güclü zərbə endiriləcəyinə dair açıqlamasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, Qəribabadi Trampla onun başa düşdüyü dildə danışacaqlarını qeyd edib:
"Trampın İrana hücum təhdidi güc nümayişi deyil, illərlə davam edən zorakılıq və sanksiyalara baxmayaraq İranı diz çökdürə bilməyən siyasətin fiaskosunun etirafıdır. Trampla onun başa düşdüyü dildə danışmaq lazımdır; görünür, o, güc dilini daha yaxşı başa düşür".
Qeyd edək ki, Donald Tramp Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra mətbuata açıqlamasında ötən gün İrana çox sərt zərbə endirdiklərini deyib: "Çox güman ki, bu gecə İrana çox sərt zərbə vuracağıq".