BAKI, 8 iyul. TELEQRAF

İran ABŞ ilə razılığa gəlməyə çalışır, lakin buna necə nail olacağını hələ anlamır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bunu NATO sammitindən sonra Ankarada keçirilən mətbuat konfransında bildirib.

Tramp İranla razılıq əldə etmək istəyib-istəmədiyinə əmin olmadığını da əlavə edib:

"Mən onları daha yaxşı tanıdım. Düşünürdüm ki, iranlılar daha rasionaldırlar, amma onların son bir və ya iki həftə ərzindəki atdıqları addımlardan aydın olur ki, onlar İran xalqının maraqlarına xidmət etmirlər".