BAKI, 8 iyul. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin səkkiz hərbçisi ABŞ-nin ölkənin cənubuna hərbi hücumu nəticəsində həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Daha əvvəl ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında üç gəmiyə hücum edilməsinə cavab olaraq İrana qarşı bir sıra güclü zərbələr endirdiyini açıqlamışdı.