BAKI, 8 iyul. TELEQRAF

Vaşinqton Rusiyanın raket hücumlarına qarşı müdafiə məqsədilə Ukraynaya "Patriot" sistemlərini istehsal etmək üçün lisenziya verəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" ABŞ Prezidentinə istinadən məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ Ukraynaya bu sistemlərin istehsalı ilə bağlı təcrübə də təşkil edəcək:

"Biz onlara "Patriot" istehsalı ilə bağlı hüquq verəcəyik. Ukrayna istehsalı kifayət qədər tez qura biləcək".

"Patriot" sistemləri bahalıdır və onlara yüksək tələbat var, həmçinin onların istehsalı uzun vaxt aparır.

Zelenski bir neçə ildir ki, Ukraynaya sistemlərin tədarükünün artırılmasını tələb edirdi. Son vaxtlar isə ölkə daxilində istehsalı üçün lisenziya əldə etməyə çalışırdı.