BAKI, 8 iyul. TELEQRAF
Tehranın Hörmüz boğazı yaxınlığında bir neçə ticarət gəmisinə hücumundan sonra Vaşinqton İrana qarşı dəniz blokadasını bərpa edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər yalnız İrana şamil ediləcək, digər ölkələr isə sərbəst naviqasiyanı davam etdirə biləcəklər.
Yeni blokadanın tətbiqi, İranın neft satışına qarşı sanksiyaların bərpası tədbiri olacaq.