BAKI, 8 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ankaranın qabaqcıl döyüş təyyarələrini almasına qoyduğu qadağanı aradan qaldıracağı təqdirdə, Türkiyə bu ölkədən ilkin olaraq altı ədə F-35 qırıcı təyyarəsi almağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə rəsmiləri "Bloomberg"ə bildiriblər:

"Baxmayaraq ki, son rəqəm Türkiyənin əvvəllər ümid etdiyi 40 qırıcı təyyarədən daha azdır, belə bir razılaşma Prezident Rəcəb Tayyib Ərdoğan üçün əhəmiyyətli bir geosiyasi uğur olacaq. İsrail və Yunanıstan da daxil olmaqla, Şərqi Aralıq dənizindəki digər ABŞ müttəfiqləri arasında narahatlıq yarada bilər".

Türkiyə hazırda ABŞ-da saxlanılan altı ədəd F-35 qırıcı təyyarəsi üçün Birləşmiş Ştatlara artıq 1,4 milyard dollar ödəyib. Mənbələrin məlumatına görə, məhdudiyyətlər aradan qaldırılacağı təqdirdə, Ankara tez bir zamanda təyyarələri təhvil alacaq.