BAKI, 8 iyul. TELEQRAF

Tehran ABŞ tərəfinin təhdidləri səbəbindən Vaşinqtonla yekun razılaşma üzrə danışıqları dayandırır.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a yüksək vəzifəli İran mənbəsi bildirib.

"Vaşinqtonun öhdəliklərini dəfələrlə pozması səbəbindən İran ABŞ ilə yekun razılaşma üzrə danışıqları dayandırıb. ABŞ-nin yeni hərbi müdaxiləsi daha qətiyyətli və genişmiqyaslı cavabla qarşılanacaq" - mənbə bildirib.