BAKI, 8 iyul. TELEQRAF
Birləşmiş Ştatlar Kiyevlə mineral ehtiyatlarla bağlı müqavilələr imzaladıqdan sonra faktiki olaraq Ukrayna torpaqlarının bir hissəsinə çıxış əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Ukraynanın yenidən qurulması ehtimalını müzakirə edən Tramp ölkənin böyük potensiala malik olduğuna əminliyini ifadə edib:
"Bizim həmin ölkədə kiçik bir payımız var, çünki orada bir az torpaq əldə etmişik. Mən bundan lazımi anda yararlanmaq fürsətini səbirsizliklə gözləyirəm", - deyə o bildirib.
ABŞ Prezidenti Donald Tramp həmçinin günü bəyan edib ki, yaxın saatlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.