BAKI, 6 iyul. TELEQRAF

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 500 nəfəri ötüb.

Teleqraf xəbər verir ki, bu barədə Konqo Mətbuat Agentliyi (ACP) ölkənin rəsmi məlumatlarına istinadən xəbər yayıb.

Hesabata əsasən, ölkədə indiyədək 1561 təsdiqlənmiş Ebola yoluxması qeydə alınıb.

Yoluxanlardan 506 nəfər həyatını itirib, 253 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Hazırda isə 628 nəfərin müalicəsi davam etdirilir.

Rəsmi məlumatlara görə, virusun ölüm göstəricisi 32,4 faiz təşkil edir.

Qeyd edək ki, iyunun 24-də Fransa Səhiyyə Nazirliyi ölkədə ilk Ebola yoluxması halının aşkarlandığını açıqlamışdı.

Daha əvvəl infeksionist həkim Darya Namazova Ebola virusunun Rusiya və digər inkişaf etmiş ölkələrdə geniş yayılma riskinin aşağı olaraq qaldığını bildirmişdi.