BAKI, 5 iyul. TELEQRAF
Fransanın cənub-qərbində genişmiqyaslı meşə yanğınları səbəbindən 10 minə yaxın sakin təhlükəsiz ərazilərə köçürülür.
Teleqraf xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, Şərqi Pireney departamentində yayılan yanğın hələ də nəzarət altına alına bilməyib. Buna güclü külək və ərazinin çətin keçilən olması mane olur.
Hakimiyyət orqanları son qərarla İy-sür-Tet kommunasında yaşayan təxminən 5,5 min nəfərin tam təxliyəsinə başlayıb. Sakinlər yanğın təhlükəsi aradan qaldırılanadək Perpinyan şəhərinin Mulen-a-Van rayonuna yerləşdiriləcək.
Bundan başqa, Aspr bölgəsi və onun ətrafındakı 19 kommunadan, eləcə də bir neçə düşərgədən daha 5 minə yaxın insan təxliyə edilib.