BAKI, 5 iyul. TELEQRAF

NATO-nun sabiq baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının gələcəkdə mövcudluğunun təmin olunmadığını bildirib.

Teleqraf xəbər verir ki, Yens Stoltenberq bu fikirləri "Spiegel" jurnalına müsahibəsində səsləndirib.

"Heç kim NATO-nun əbədi mövcud olacağına zəmanət verə bilməz", - deyə o bildirib.

Stoltenberqin sözlərinə görə, alyansın Avropadakı üzv ölkələri müdafiə xərclərini artırmalıdır. O hesab edir ki, bu addım ABŞ-nin NATO qarşısındakı öhdəliklərini qoruyub saxlaması ehtimalını artıracaq.

Sabiq baş katib əlavə edib ki, Vaşinqtonun gələcəkdə NATO-dan çıxmaq ehtimalı yaranacağı təqdirdə də Avropa ölkələrinin müdafiə imkanlarını gücləndirməsi vacib olacaq.