BAKI, 5 iyul. TELEQRAF

Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasıməliyev Rusiyaya işgüzar səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iyulun 5-6-da baş tutacaq səfər çərçivəsində A.Kasıməliyev Yekaterinburg şəhərində keçirilən "Innoprom" beynəlxalq sənaye sərgisində iştirak edəcək.

Qırğızıstan hökumət başçısının Rusiya səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.