BAKI, 18 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çin və onun rəhbərliyinin Vaşinqtonla Tehran arasında yaranmış gərginliyin nizamlanmasında müsbət rol oynadığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Fransada keçirilən G7 sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
ABŞ prezidenti bildirib ki, Çin rəhbərliyi vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımlar atmayıb.
"Çin çox düzgün davrandı. Onlar istəsəydilər, ABŞ-ın blokadasını yarmağa cəhd edə bilərdilər. Lakin bunu etmədilər", - deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin də münaqişənin həlli istiqamətində kömək göstərməyə çalışıb.
Tramp həmçinin ABŞ-ın Çinin İrana silah tədarük etməsinə dair hər hansı məlumata malik olmadığını bildirib.
ABŞ lideri qeyd edib ki, Çin Fars körfəzi regionundan idxal etdiyi neftdən əhəmiyyətli dərəcədə asılıdır və bu səbəbdən bölgədə enerji təchizatının sabitliyi Pekin üçün mühüm əhəmiyyət daşıyır.