BAKI, 18 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumunu imzaladıqdan sonra neftin qiymətinin aşağı düşdüyünü bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Versal sarayında jurnalistlərə açıqlamasında danışıb.

"Neft ucuzlaşır", - deyə ABŞ lideri qeyd edib.

Ağ ev Aparat rəhbərinin müavini Den Skavinonun paylaşdığı videogörüntülərə əsasən, memorandumu Trampa ABŞ dövlət katibi Marko Rubio təqdim edib. Sənəd Fransa Prezidenti Emmanuel Makron, Marko Rubio və digər şəxslərin iştirakı ilə imzalanıb.

Den Skavinonun sözlərinə görə, Tramp memorandumu Makronla şam yeməyindən əvvəl Versal sarayında imzalayıb.