BAKI, 18 iyun. TELEQRAF

İtaliyanın Baş naziri Corca Meloni Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda Avropa İttifaqını təmsil edəcək vahid nümayəndənin təyin olunmasının tərəfdarıdır.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, Meloni bu həftənin sonunda Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində məsələni gündəmə gətirməyi planlaşdırır.

Nəşrin yazdığına görə, İtaliya hökumətinin başçısı hesab edir ki, danışıqlarda Aİ-ni iri üzv dövlətlərdən biri deyil, orta ölçülü ölkənin nümayəndəsi təmsil etməlidir.

Daha əvvəl “Corriere della Sera” qəzeti Corca Meloninin Finlandiya Prezidenti Aleksandr Stubbun Ukrayna üzrə danışıqlarda Avropa İttifaqının nümayəndəsi kimi namizədliyini irəli sürə biləcəyi barədə məlumat yayıb.