BAKI, 18 iyun. TELEQRAF
İngiltərə millisinin futbolçusu Cud Bellinqem 2026-cı il dünya çempionatında Xorvatiya ilə oyunda tarixə düşüb.
Teleqraf xəbər verir ki, 22 yaş 353 günlük yarımmüdafiəçi 4 fərqli böyük beynəlxalq turnirdə iştirak edən ən gənc avropalı futbolçu olub.
“Opta Sports”un məlumatına görə, Bellinqem daha əvvəl AVRO-2020, 2022-ci il dünya çempionatı və AVRO-2024-də meydana çıxıb. Xorvatiya ilə görüş isə onun dördüncü böyük turniri olub.
Bellinqem matçın 47-ci dəqiqəsində fərqlənərək İngiltərəni hesabda önə keçirib.
Qeyd edək ki, İngiltərə millisi L qrupunun ilk turunda Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib.