BAKI, 18 iyun. TELEQRAF
Braziliya Prezidenti Luis İnasio Lula da Silva Ukraynaya dəstək verən ölkələrin artıq bu prosesdən yorulduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Fransada keçirilən G7 sammiti çərçivəsində liderlərlə görüşdən sonra danışıb.
Lula da Silva qeyd edib ki, G7 sammitində ilk dəfə olaraq iştirakçı ölkələrin Ukrayna ətrafında münaqişənin nizamlanmasına nail olmaq istədiyini gördüyünü deyib.
Braziliya liderinin sözlərinə görə, sammit iştirakçıları arasında münaqişənin sülh yolu ilə həllinə maraq müşahidə olunub.
O, həmçinin vurğulayıb ki, Braziliya Ukraynada sülhün əldə olunmasına yönəlmiş təşəbbüslərə bundan sonra da dəstək verməyə davam edəcək.