BAKI, 15 iyun. TELEQRAF

İran Xarici İşlər Nazirliyi ABŞ ilə razılaşmanı təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ ilə razılaşma əldə olunduğunu təsdiqləyib .

"Anlaşma memorandumunun mətni tamamlanıb və rəsmi imzalanma cümə günü İsveçrədə baş tutacaq", - deyə Qəribabadi bildirib.

O, ABŞ-ın İrana qarşı dəniz blokadasının 15 iyunda başa çatacağını, eləcə də Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin və hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılacağını elan edib.