BAKI, 15 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı İranla müqavilə imzalamaqda qərarlı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, “Yedioth Ahronot” qəzeti Netanyahunun Trampla danışmaq üçün təhlükəsizlik kabineti ilə görüşünü yarımçıq qoyduğunu yazıb.

Məlumata görə, Tramp Netanyahuya İranla razılığa gəlməkdə qərarlı olduğunu bildirib.