BAKI, 14 iyun. TELEQRAF
Ermənistanın paytaxtı İrəvanda yüzlərlə insan parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün küçələrə çıxıb.
Teleqraf xəbər verir ki, İrəvanda keçirilən aksiya iştirakçıları parlament seçkilərinin yekunlarını “absurd” adlandırıblar.
Etirazçılardan biri hakimiyyəti seçicilərin iradəsini nəzərə almamaqda ittiham edib.
“Bizi aldadıblar, səsimizi oğurlayıblar. Artıq bizim səsimizə heç bir dəyər verilmir. Hakimiyyət mənimsənilib”, - deyə yerli sakin bildirib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərində qalib gələrək hökuməti təkbaşına formalaşdırmaq hüququ əldə edib.