BAKI, 15 iyun. TELEQRAF

ICE birjasında Brent markalı xam neftin qiyməti 10 martdan bəri ilk dəfə bir barel üçün 84 dollardan aşağı düşüb.

Teleqraf xəbər verir ki, neft qiymətlərinin aşağı düşməsi İran-ABŞ razılaşması fonunda baş verib.

Brent markalı neftin qiyməti 3,79% azalaraq barel üçün 83,51 dollara düşüb.