BAKI, 14 iyun. TELEQRAF
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığı dostcasına və açıq atmosferdə keçib.
“Danışıq dostcasına və səmimi xarakter daşıyıb”, - deyə Uşakov bildirib.