BAKI, 14 iyun. TELEQRAF
İran Xarici İşlər Nazirliyi İsrailin Beyruta endirdiyi zərbələri kəskin şəkildə pisləyib və hücuma görə məsuliyyətin bir hissəsinin ABŞ-nin üzərinə düşdüyünü bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin "Teleqram" kanalında yayılan bəyanatda bildirilib.
İran Xarici İşlər Nazirliyi İsrailin hücumunu Livanın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
Bəyanatda həmçinin qeyd olunub ki, hücum Tehran və Vaşinqton arasında əldə edilmiş atəşkəs razılaşmasının kobud şəkildə pozulması hesab edilir.
İran tərəfi İsrailin hərəkətlərinə görə ABŞ-nin də məsuliyyət daşıdığını vurğulayıb.
“ABŞ hökumətinin sionist rejimin törətdiyi cinayətlərə görə birbaşa məsuliyyətini və bu rejimin Livan və İrana qarşı atəşkəs rejimini dəfələrlə pozduğunu xatırladaraq, İran İslam Respublikası özünümüdafiə hüququnun həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görmək əzmində olduğunu bəyan edir”, - deyə açıqlamada bildirilir.
İran XİN regionda gərginliyin daha da artmasının qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.