BAKI, 15 iyun. TELEQRAF

ABŞ və İran İsveçrədə sazişi imzalamadan əvvəl Dohada hazırlıq məsləhətləşmələri aparacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Münaqişənin həllində vasitəçilik edən Qətər nümayəndələri 17 saatlıq gərgin danışıqlardan sonra Tehranı tərk ediblər. Bu həftə Dohada hər iki tərəflə ayrıca hazırlıq görüşləri keçiriləcək" - məlumatda qeyd olunur.