BAKI, 14 iyun. TELEQRAF

Amerikalı müğənni Oliver Tri Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin toqquşması nəticəsində baş verən aviaqəza zamanı həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.

Məlumata görə, Rio-de-Janeyroda iki helikopterin havada toqquşması nəticəsində altı nəfər həlak olub.

Nəşr bildirir ki, qurbanlar arasında amerikalı müğənni Oliver Tri də var.

“Rio-de-Janeyroda baş verən aviaqəza nəticəsində həyatını itirənlər arasında müğənni Oliver Tri də yer alır”, - deyə məlumatda qeyd olunub.

Qəzanın hansı şəraitdə baş verdiyi və toqquşmanın səbəbləri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Braziliyanın aidiyyəti qurumları hadisə ilə bağlı araşdırmalara başlayıblar.