BAKI, 15 iyun. TELEQRAF
"ABŞ ilə İran arasında əldə edilən razılaşmanı bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olması üçün vacib bir inkişaf kimi görürəm və bunu alqışlayıram".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olması üçün vacib bir hadisə kimi görürəm və bunu alqışlayıram", - deyə o bildirib.
Ərdoğan bütün dünyanın uzun müddətdir ehtiyac duyduğu bu xəbərin bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyinə səmimi qəlbdən ümid etdiyini bildirib:
"Sazişlərin imzalanmasına qədər olan dövrdə gərginliyi artıra biləcək ritorikadan və təxribatdan çəkinməyin vacibliyini qətiyyətlə vurğulayıram. Bu nəticənin əldə edilməsində müstəsna vasitəçilik səylərinə görə Pakistana, xüsusən də ABŞ və İran rəhbərlərinə təşəkkür edirəm. Həmçinin Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə verdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə olaraq, bölgəmizdə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olmasına, diplomatiya və beynəlxalq hüquqa əsaslanan davamlı həllərə töhfə verməyə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edəcəyik."