BAKI, 14 iyun. TELEQRAF

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan atasının ölkədən çıxmasına icazə verilmədiyini açıqlayıb və bunu hakimiyyətin qanunsuz addımı adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Levon Köçəryan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ölkəni tərk etməsinə icazə verilməyib.

“Bu, hakimiyyətin növbəti qanunsuz addımıdır. Onların belə bir hərəkət etmək hüququ yoxdur. Biz əvvəlcədən məlumat vermişdik ki, o, bir neçə günlük ölkədən gedəcək. Bunu ona görə etmişdik ki, sonradan xalqı guya onun qaçdığı barədə yanlış məlumatlarla çaşdırmağa çalışmasınlar. Sadəcə olaraq, heç bir izahat vermədən buna mane oldular”, - deyə Levon Köçərya bildirib.

Onun çıxışı yerli televiziya kanalları tərəfindən canlı yayımlanıb.

Hadisə ilə bağlı Ermənistan hakimiyyətinin mövqeyi hələlik açıqlanmayıb.