BAKI, 14 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatında Almaniya - Kurasaoya böyük hesabla qalib olub.
Teleqraf xəbər verir ki, Hyuston stadionunda keçirilən oyun 7:1 hesabla nəticələnib.
Bundestimin qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Havertz (45+5-pen, 88), Camal Musiala (47), Nataniel Braun (68) və Deniz Undav (78) vurublar. Kurasaonun yeganə qolu isə Livano Komenensiyanın (21) ayağına yazılıb.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 03:00-da Fildişi Sahili və Ekvador komandaları arasında keçiriləcək.