BAKI, 15 iyun. TELEQRAF
İranın qərbində uçuşlara heç bir məhdudiyyət qoyulmayıb və hava məkanı açıq olaraq qalır.
Teleqraf xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əhvan bildirib.
O, ISNA- ya verdiyi müsahibədə bildirib ki, uçuşların ləğvi və ya hava məkanının bağlanması ilə bağlı yeni bildirişlər daxil olmayıb: "Ölkədə uçuş şəraiti normaldır və uçuşlar planlaşdırıldığı kimi həyata keçirilir" .
Daha əvvəl "Tasnim2 xəbər agentliyi mövcud vəziyyətlə əlaqədar olaraq İranın qərbindəki hava limanlarından uçuşların növbəti xəbərdarlığa qədər dayandırıldığını yazmışdı.