BAKI, 14 iyun. TELEQRAF
Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatında rekorda imza atıb.
Teleqraf xəbər verir ki, təcrübəli qolkiper Kurasao ilə E qrupunun ilk tur oyununda meydana çıxmaqla Almaniya yığmasının heyətində böyük turnirdə iştirak edən ən yaşlı futbolçu olub.
40 yaş 79 günlük olan Noyer bununla da Almaniya futbolunun əfsanələrindən sayılan Lotar Matteusun rekordunu yeniləyib. Matteus əvvəlki rekordu UEFA AVRO-2000 turnirində müəyyənləşdirmişdi.
Qeyd edək ki, Almaniya yığması dünya çempionatının ilk turunda Kurasaonu 7:1 hesabı ilə məğlub edib. Noyer isə komandasının heyətində tarixi nailiyyətə imza atıb. Kurasao dünya çempionatları tarixində ilk qolunu vurub.