BAKI, 15 iyun. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla yaxın günlərdə görüş keçirmək barədə razılıq əldə etdiklərini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Volodimir Zelenski Teleqram kanalında paylaşım edib.

Zelenskinin sözlərinə görə, tərəflər yaxın vaxtlarda şəxsi görüş keçirmək barədə razılaşıblar.

“Biz onunla görüşümüz barədə razılığa gəldik. Yaxın günlərdə Avropada G7 formatında tədbirlər keçiriləcək”, - deyə Ukrayna Prezidenti bildirib.

O, görüşün dəqiq tarixi və gündəliyi ilə bağlı əlavə məlumat verməyib.

Məlumata görə, görüşün Avropada keçiriləcək G7 tədbirləri çərçivəsində baş tutacağı gözlənilir.

Qeyd edək ki, son dövrlərdə Vaşinqton və Kiyev arasında Ukraynadakı vəziyyət, təhlükəsizlik məsələləri və hərbi-siyasi əməkdaşlıq əsas müzakirə mövzuları olaraq qalır.