Naxçıvanın Babək rayonu Şıxmahmud kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, 71-BB-807 dövlət nömrə nişanlı avtomobillə 67-BF-127 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində Amid Cəfərov və İsgəndər Hüseynov xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktl bağlı araşdırma aparılır.