BAKI, 14 iyun. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqtonla razılaşma imzalandıqdan sonra İran neft ixracını dərhal bərpa etmək imkanı əldə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset "CBS News" telekanalına müsahibəsində danışıb.

Jurnalistin İranın razılaşma imzalanandan və blokada aradan qaldırıldıqdan sonra növbəti gün neft ticarətinə başlaya bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandıran Heqset bunun dərhal mümkün olacağını bildirib.

“Dərhal. Prezident belə deyib”, - deyə ABŞ müdafiə naziri vurğulayıb.

Heqset açıqlamasında söhbətin hansı konkret razılaşmadan getdiyini və neft ixracının hansı şərtlərlə bərpa olunacağını dəqiqləşdirməyib.