BAKI, 10 iyun. TELEQRAF

ABŞ bu gün İrana güclü zərbə endirməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Dünən onlara sarsıdıcı zərbələr endirdik. Yaxın saatlarda daha birini endirəcəyik", – Tramp vurğulayıb.

ABŞ liderinin sözlərinə görə, bu addım İran qüvvələrinin ABŞ-yə məxsus "Apache" hərbi helikopteri vurması ilə bağlıdır:

"Düşünürəm ki, bizim buna haqqımız var".