BAKI, 10 iyun. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə endirilən zərbələrin başa çatdığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

Açıqlamaya görə, əməliyyat ABŞ ordusuna məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq həyata keçirilib.

"CENTCOM qüvvələri Ali Baş Komandanın əmri ilə ABŞ Quru Qoşunlarına məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq özünümüdafiə məqsədli zərbələri tamamlayıb", - məlumatda qeyd olunub.

Komandanlıq bildirib ki, hücumların əsas hədəfləri Hörmüz boğazı yaxınlığında yerləşən İranın radar sistemləri, hava hücumundan müdafiə vasitələri və yerüstü idarəetmə məntəqələri olub.

Məlumata görə, əməliyyat zamanı ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələri tərəfindən yüksək dəqiqlikli sursatlardan istifadə edilib.