BAKI, 10 iyun. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin hücumlarına cavab olaraq Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, hücumlar ABŞ-nin son hərbi əməliyyatlarına cavab xarakteri daşıyıb.

Hədəfə alınan bazalar, zərbələrin miqyası və mümkün itkilərlə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.