BAKI, 10 iyun. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə endirdiyi zərbələrin cavabsız qalmayacağını bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"ABŞ bizim qətiyyətimizi sınaqdan keçirməyə qərar verdi. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq", - deyə Əraqçi bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trump İran qüvvələrinin Hörmüz boğazı üzərində patrul uçuşu həyata keçirən "Apache" helikopterini vurduğunu açıqlamış və Vaşinqtonun buna cavab verməli olduğunu bildirmişdi.
"Al Arabiya" telekanalı isə yüksəkvəzifəli mənbəyə istinadən İranın beynəlxalq vasitəçilərə ABŞ helikopterinin təsadüfən vurulduğunu çatdırdığını xəbər vermişdi.
Buna baxmayaraq, ABŞ Silahlı Qüvvələri daha sonra İran ərazisindəki hədəflərə zərbələr endirməyə başlayıb.